Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar Ali Baş Komandan İlham Əliyevi Azərbaycan Ordusunun qazandığı zəfərlər münasibətilə təbrik edirlər -

Vətəndaşlar Ali Baş Komandan İlham Əliyevi Azərbaycan Ordusunun qazandığı zəfərlər münasibətilə təbrik edirlər -


12-10-2020, 18:15


Bu gün hər bir ölkə vətəndaşı sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasını, bir sıra yaşayış məntəqələrini azad etməsini, əldə etdiyi digər qələbələri böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar. Qazax sakinləri də onlara sevinc və qürur hisslərini yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi qazanılan zəfərlər münasibətilə təbrik edirlər. Hər zaman Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. Bunu ölkə başçısına ünvanladıqları məktublarda da ifadə edirlər.

Prezidentin saytına ünvanlanmış növbəti məktubu təqdim edirik. 

Zərifə Ağayevadan, 

Hörmətli və əziz Prezidentimiz.

Sizin apardığınız müdrik daxili və xarici siyasəti daim bəyənmiş və dəstəkləmişik. Doğma Qarabağımızın, habelə işğal olunmuş digər torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun qazandığı zəfərlərə görə öz adımdan, ailəm adından və işlədiyim Qazax Suvarma Sistemləri İdarəsinin əməkdaşları adından Sizi təbrik edirəm. Bizə bu sevincli günləri yaşatdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.

Arzu edirəm ki, ölkəmizin ərazi bütövlüyü tezliklə tam bərpa olunsun, Azərbaycanın haqq səsi daim duyulsun. Allah Sizi, xalqımızı və ordumuzu qorusun.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zərifə Ağayeva

Azərbaycan Respublikası, Qazax rayonu.


Lamiyyə Yusifovadan, 

Möhtərəm cənab Prezident.

Bir zabit ailəsi olaraq ailəmiz adından və çalışdığım Qazax rayonu Suvarma Sistemləri İdarəsinin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, Sizin apardığınız daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyirik.

Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı diləyirəm.

Apardığınız bu haqq işində Sizə tükənməz enerji arzu edirəm. Arzu edirəm ki, ermənilər tərəfindən işğal olunmuş doğma Qarabağ torpaqlarında bundan sonra daim üçrəngli Bayrağımız dalğalansın.

Biz Sizə inanırıq və həmişə Sizin arxanızdayıq.

Azərbaycan zəfər çalacaq.

Xalqımıza gözəl sabahlar və işıqlı gələcək arzu edirəm.

Allah əsgərlərimizi, zabitlərimizi və Milli Ordumuzu qorusun!

Hörmətlə,

Lamiyyə Yusifova

Azərbaycan Respublikası, Qazax şəhəri.

 

Nüsrət Aşurovdan, 

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bu gün biz Qazax rayonunda yaşayan insanlar olaraq Azərbaycan Ordusunun cəbhə boyu göstərdiyi qəhrəmanlıqları, Sizin göstərdiyiniz iradə və əzmi, siyasi meydanda qələbənizi eşidib-görərək sevinc və qürur hissi keçirir, fərəhlənirik.

Cənab Ali Baş Komandan, bu gün güclü və yenilməz Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalması, onlara Azərbaycanın və onun ordusunun nəyə qadir olduğunu göstərməsi biz keçmiş döyüşçüləri qürurlandırır, Azərbaycanımızın işıqlı gələcəyinə inamımızı daha da gücləndirir.

"Torpaq uğrunda ölən varsa, Vətəndir" - deyib babalarımız. Bu gün şəhidlərimizə xalqın və dövlətin göstərdiyi sevgi, diqqət və qayğı Sizin uğurlu və uzaqgörən siyasətinizin nəticəsidir.

Bölgələrdə, o cümlədən Qazax rayonunda imtiyazlı təbəqəyə göstərilən diqqət və qayğı da Sizin uğurlu siyasətinizin bariz nümunəsidir.

Möhtərəm Prezident, Azərbaycanımızın müqəddəs bayrağının Xankəndidə, Şuşada dalğalanacağı günə çox az qalıb. Azərbaycanımızın işıqlı gələcəyi, bütövlüyü naminə Allah Sizi və ailənizi, Azərbaycan Ordusunu və xalqını qorusun.

Hörmətlə,

Nüsrət Aşurov

"Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin Qazax filialının sədri

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt