• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Siz Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yeni şanlı zəfərlər və tarix yazırsınız”


Çox hörmətli cənab Prezident.

Torpaqlarımızın mənfur erməni quldurlarından azad olunması istiqamətində icra etdiyiniz bütün addımlar Azərbaycan xalqı tərəfindən tam dəstəklənir. Siz Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yeni şanlı zəfərlər və tarix yazırsınız. Bəli, bu şanlı tarixi yazan İlham Heydər oğlu Əliyevdir! Bu tarixi addımlar bir daha sübut etdi ki, Sizin bütün vədləriniz sözdə yox, əməldədir. Bu şanlı zəfərlərimiz münasibətilə Sizə şəxsim və ailəmin adından təşəkkür edirəm.

Hörmətlə,

Rəşad İsmayılzadə

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş