“Tarixi irs və müasirlik”
Bu gün Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlaqədar “Tarixi irs və müasirlik” başlığı altında tədbir keçirilib.
Tədbirdə Q.Hacımahmudova adına şəhər ümumi orta və N.Vəliyev adına şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri, Qazax Dövlət Sosial-İqtisadi kollecin II kurs tələbələri iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş “Tarixi irs və müasirlik” başlıqlı məruzə ilə çıxış edərək ötən 100 il ərzində Cümhuriyyətin və müstəqil Azərbaycanın qazandığı nailiyyətərdən söz açıb.
Şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, 5 saylı tam orta məktəbin sinif müəllimi Rüxsarə Əhmədova, Qazax Dövlət Sosial–İqtisadi kollecin müəllimi Tərlan Bədəlova çıxış edərək Azərbaycanın tarixinə şanlı hərflərlə yazılmış Cümhuriyyətin yaranma tarixi və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
Məktəb şagirdlərindən Əsgər Hacıyev, Sədaqət Camalova, Aytən Mirzəyeva, Ayan Orucova və başqaları tariximizin keşməkeşli, lakin şərəfli səhifəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda “Milli dövlətçilik tariximizə diqqət və ehtiram” adlı film nümayiş etdirilib və AXC haqqında təşkil olunmuş sərgiyə baxılıb.

GOYEZEN.AZ
Facebook-da paylaş