• Təqvim

  • Unutma

  • Maraq

Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

“HGC GROUP” MMC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Cəmiyyətdə (Qazax Sement Zavodunda) keçirilən tədbirdə müəssisənin kollektivi və “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun ərazisində yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Zavodun akt zalında keçirilən tədbiri müəssisənin YAP təşkilatının sədri Nizami Zeynalov giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti barədə məlumat verib. Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində mühüm hadisə olduğunu qeyd edərək həmin dövrdə əldə olunan çoxsaylı uğur və nailiyyətlərdən bəhs edib. Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu və 1919-cu ildə Azərbaycanın ilk universitetinin təsis olunduğunu vurğulayıb. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Sonra zavodun əməkdaşlarından Mikayıl İsmayılov, İlham Alıyev, Cavid Məhərrəmov, Şəmşi Cəfərov, Elvin Əmiraslanov söz alaraq Şərqdə ilk demokratik dövlət yaratmağa nail olan Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlardan danışıblar.

Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Qazax sement zavodunda Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
GOYEZEN.AZ

Facebook-da paylaş