Qazax Sement Zavodunda Referendumla bağlı toplantı keçirilib
Respublikamızda 26 sentyabr tarixində keçiriləcək referendumla bağlı Qazax Sement zavodunda toplantı keçirilib. Toplantıda zavodun məsul işçiləri, fəhlə və sürücülər iştirak edib.
Qazax sement zavod YAP sədri Nizami Zeynalov toplantını giriş sözü ilə açaraq bildirib ki, Referendum Aktında ediləcək əlavə və dəyişikliklər olduqca vacib və əhəmiyyətlidir.
Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən N.Zeynalov qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.
Sonra zavodun işlər idarəsinin rəhbəri Elman Əliyarbəyov toplantıda çıxış edərək bildirib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına ediləcək bir sıra əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan seçiciləri böyük ruh yüksəkliyi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində fəal iştirak edəcəkdir. Respublika əhəmiyyətli tədbirlərdə Qazax Sement Zavodunun kollektivi həmişə fəallıq göstərmişdir.
İnanıram ki, Referendumda da kollektivimiz hamılıqla iştirak edəcək və Konstitusiyada nəzərdə tutulan dəyişiliklərə səs verəcəkdir.
Daha sonra zavodun insan resurslarının idarə olunması şöbəsinin müdiri Aqil Hacıyev və başqaları çıxış edərək gəncləri fəal olmağa, sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.

Facebook-da paylaş