Vətəndaş yazır: “Biz Sizinlə güclüyük. Sizin rəhbərliyinizlə Vətənimizi, torpaqlarımızı qorumağa hər an hazırıq və əmrinizi gözləyirik”
Möhtərəm cənab Prezident.
Sizin xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu davam etdirməyiniz sayəsində ölkəmiz dünya miqyasında böyük uğurlara imza atır.
Xalqımız Qarabağın da Sizin rəhbərliyinizlə azad ediləcəyinə, Qələbə bayrağının ölkəmizin bütün guşələrində dalğalanacağına, bu günün uzaqda olmadığına inanır.
Qazax rayonunun "Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvləri adından xarici və daxili siyasətinizi dəstəklədiyimizi, bütün qərarlarda sizinlə olduğumuzu bəyan edirik.
Sizin "Ordumuzun gücü Azərbaycan xalqının ona olan inamında və dəstəyindədir. Hər bir Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir” sözləriniz hər birimizə ruh yüksəkliyi, qələbə əzmi verir. Xalq da Sizinlədir, Sizə inanır və Sizi dəstəkləyir. Biz Sizinlə güclüyük. Sizin rəhbərliyinizlə Vətənimizi, torpaqlarımızı qorumağa hər an hazırıq və əmrinizi gözləyirik.
Hörmətlə,
Məmmədov Seyfəddin Məmməd oğlu
Qaragözov Əli Cəbrayıl oğlu.
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş