Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivi də ölkə başçısına minnətdarlıq məktubu ünvanladı
Hörmətli cənab Prezident.
Qoşulmama Hərəkatının sədri kimi Sizin BMT-nin Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünüzə dünyanın 130-dan çox dövlətinin dəstəyi ölkəmizə olan böyük etimadın və hörmətin təzahürü kimi bizim, Qazax rayonu A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivinin qüruruna çevrildi. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçılarının bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac vardır.
Dünyanı cənginə alan koronovirusun yayılmasının qarşısının alınması üçün Sizin müdrik rəhbərliyinizlə bizlərin, ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində gördüyünüz tədbirləri biz ziyalılar dəstəkləyir, ölkə vətəndaşı olaraq epidemiyanın yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqları layiqincə yerinə yetirməyə, əhalinin pandemiya ilə mübarizədə maarifləndirmə işində yaxından kömək göstərməyə daim hazır olduğumuzu bildiririk.
Biz məktəb kollektivi olaraq inanırıq ki, Sizin uzaqgörən siyasətiniz və rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacaq və az zərərlə qurtulacağıq.
Biz Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük.
Hörmətlə,
Söylü Xəlilova
Qazax rayonu A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş