Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü 130 dövlətin dəstəkləməsi Azərbaycanın növbəti uğurudur
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünyanın
130-dan çox dövlətinin cənabPrezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil
olunması təşəbbüsünü dəstəkləməsi ilə əlaqədar növbəti videokonfrans təşkil olunub. Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyevin, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri
üzrə nümayəndələrinin iştirakı ilə keçirilən videokonfransda
ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın
qazandığı növbəti uğurdan söhbət açılıb. BMT-yə üzv olan 130 dövlət
tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT
Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəkləməsi
ölkəmizin həyatında baş verən ən əlamətdar hadisələrdən biri hesab edilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı
giriş sözü ilə açaraq bugünkü görüşün
məqsəd və əhəmiyyətini qeyd edib. Ölkəmizdə
Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus (COVID-19)
infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən
zəruri tədbirlərdən danışan müavin bu işlər nəticəsində Azərbaycanın pandemiya
ilə mübarizə sahəsində ən uğurlu nəticələr əldə edən ölkələr sırasında
dayandığını bir daha vurğulayıb. G.Həsənova ölkəmizdə yaşanan çətin vəziyyətə baxmayaraq
may-iyun aylarının dövlətimiz üçün əlamətdar hadisələrlə yadda qaldığını
bildirib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü
ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19
pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini, həmin
tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT
Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru,
Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsinin ölkəmiz
üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Xüsusilə də tədbirdə Prezident İlham
Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin
nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət
və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının
keçirilməsi təklifi ilə çıxış etməsini ölkəmiz adına atılan uğurlu addımlardan
biri hesab edib.
Müavin qeyd edib ki, bu gün böyük sevinc hissi ilə
qarşıladığımız hadisə o oldu ki, həmin təklif Nyu-Yorkda 120 Qoşulmama Hərəkatının üzv
ölkələri arasında yekdilliklə razılaşdırıldı və bunun ardınca Qoşulmama
Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının ölkələri adından
BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans
vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə BMT baş katibi Antonio
Quterreşə müraciət ünvanlandı. BMT Baş katibi 28 may tarixində BMT Baş
Assambleyasının "Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun
olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun
tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etdi. Qaydalara
əsasən, BMT-yə üzv olan 97 ölkənin təşəbbüsə dəstək verməsi kifayət etdiyi halda,
130-a qədər ölkə bu təşəbbüsü dəstəklədi. Bu, Azərbaycan dövlətinin və onun
rəhbərinin qazandığı növbəti nailiyyət oldu. Uzun illərdir ki, Azərbaycan dövlətinə qarşı
qərəzli mövqedə olan, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın məkrli niyyətindən
söz açan müavin onların əsl simasının bir daha nümayiş olunduğunu bildirib. Hər
zaman olduğu kimi, mənfur düşmənimizin bu dəfə də Azərbaycanın əldə etdiyi
uğuru qəbul edə bilmədiyini vurğulayıb. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət olaraq 130
ölkə arasında özlərini rüsvay etdiklərini qeyd edib. Bütün dünyanın COVID-19-a
qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistanın
qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və
dünya dövlətləri arasında özünü rüsvay etməklə yanaşı, iç üzlərini də göstərdiyini
söyləyib. RİH başçısı aparatında Ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham
Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının
keçirilməsinə dair təşəbbüsünə dünyanın 130-dan çox dövlətinin dəstək verməsi
çox önəmli hadisədir, eyni zamanda da diplomatiyamızın böyük uğurudur. Dövlətimizin
başçısının bu təşəbbüsünün dəstəklənməsi beynəlxalq miqyasda Azərbaycana olan
böyük etimadın və hörmətin, ölkəmizin dünya birliyində nüfuzunun artmasının
daha bir göstəricisidir. A.Vəliyev koronavirus
infeksiyasından qorunmaq məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq əhalinin
kütləvilik təşkil etdiyi ictimai yerlərdə sosial məsafənin təmin edilməsi, həmçinin
tibbi maskadan istifadə ilə bağlı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə
işinin aparılmasının vacibliyini vurğulayıb, bununla əlaqədar aidiyyatı üzrə
tapşırıq və tövsiyələrini verib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd İnzibati
Ərazi Dairəsi üzrə nümayədəsi Gülnaz Mahmudova, Cəfərli kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəsi Şahin Mustafayev, Aşağı Salahlı kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəsi Zahid Mirzəyev və başqaları çıxış edərək vurğulayıblar
ki, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş
Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü yekdilliklə dəstəkləməsi
bir daha onu göstərdi ki, bu təşəbbüs vaxtında irəli sürülmüş bir təşəbbüsdür.
Sevindirici hal isə odur ki, bu təşəbbüs müstəqil, müasir Azərbaycan dövləti və
onun güclü lideri tərəfindən irəli sürüldü. Bununla da ölkəmiz bütün dünyaya bəyan
etdi ki, Azərbaycan hər bir sahədə öndə olmağı bacarır. Çünki Azərbaycanın son
illər əldə etdiyi uğur və nailiyyətlər, apardığı uğurlu siyasət, həyata
keçirdiyi böyük layihələr, ev sahibliyi etdiyi böyük tədbirlər, konfranslar
bunu söyləməyə əsas verir. Ən əsası isə Azərbaycan xalqı bir daha əmin oldu ki,
ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin
bugünkü taleyi və gələcəyi əmin əllərdədir. Ölkə başçısı İlham Əliyev Ümummilli
Liderin dövlətçilik ənənələrinə, yürütdüyü siyasətə sadiqlik nümayiş etdirərək
Azərbaycanı parlaq gələcəyə doğru daha böyük inamla irəli aparır. Özündə ölkəmizə
olan böyük inam və etimadı əks etdirən bu təşəbbüsün 130 ölkə tərəfindən yüksək
səviyyədə dəstəklənməsi də bunun daha bir bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini Gulaya Həsənova videokonfransa
yekun vuraraq ölkə başçısının irəli sürdüyü təşəbbüsün belə yüksək səviyyədə
dəstəklənməsini başda rayon rəhbərliyi olmaqla, rayon ictimaiyyətinin,
ziyalıların da alqışladığını bildirib. Dövlət başçısının qazandığı uğuru minnətdarlıq
hissi ilə qeyd edən müavin sonda ölkə başçısının təşəbbüsü əsasında
keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasının gələcək işinə
uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş