Qazax RİH başçısının İƏD üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib
Bu günAzərbaycan
Respublikası Baş Nazirinin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi -
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat
məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin, Respublikanın Baş Prokurorunun, Daxili
İşlər Nazirinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, yerli İcra
Hakimiyyəti başçılarının, adı çəkilən mərkəzi icra hakimiyyəti orqanlarının
yerli qurum rəhbərlərinin iştirakı ilə videomüşavirə keçirilib.
Videomüşavirə zamanı ölkəmizdə Pandemiya ilə
mübarizəyə dair son vəziyyət müzakirə olunub. Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra işlərlə bağlı tapşırıqlar
verib.
Bununla əlaqədar Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf
Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi
Ədalət Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgəsi üzrə
qazisi İlham Süleymanovun, RİH başçısının şəhər və kənd İnzibati Ərazi
Dairələri üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması üçün görülən zəruri tədbirlərdən danışıb.
Sonra videomüşavirədə səslənən
fikirlər, verilən tapşırıqlar geniş şəkildə müzakirə olunub.
İcra başçısı respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın daha geniş şəkildə yayılmasının
qarşısının alınması istiqamətində Baş Nazirin verdiyi tapşırıqların icrası ilə
bağlı göstərişlərini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş