• Təqvim

  • Maraq



Qazaxda dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz əmlakların və istifadəsindəki torpaq sahələrinin texniki pasportlarının hazırlanması məqsədilə müşavirə keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətində dövlət müəssisə və təşkilatlarının balansında olan daşınmaz əmlakların və istifadəsindəki torpaq sahələrinin texniki pasportlarının hazırlanması məqsədilə müşavirə keçirilib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş nazir cənab Novruz Məmmədova ünvanladığı məktuba əsasən keçirilən müşavirədə rayonda məsələ ilə bağlı olan mövcud vəziyyət müzakirə olunub.

Müşavirədə bildirilib ki, ölkəmizdə bütün əmlaklar və torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, təşkilatlarının, idarələrinin və müəssisələrinin sərəncamında olan daşınmaz əmlak, o cümlədən torpaq sahələri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan dövlət əmlakının Registrində qeydiyyata alınır.

Geniş müzakirə şəraitində keçən müşavirədə bu ilin sonuna kimi qeyd olunan məsələ ilə bağlı işçi qrupunun yaradılması qərara alınmış, qaldırılan məsələnin nəzarətdə saxlanılması və lazımi işlərin həyata keçirilməsi üçün Qazax rayonu üzrə Maliyyə İdarəsinin rəisi Novruz Abdullayevə, Əmlak Məsələləri Dövlət Komitəsinin müdiri Mikayıl Məmmədova tapşırıqlar verilmişdir.

GOYEZEN.AZ



Facebook-da paylaş