Ölkə Prezidentinin korrupsiyaya qarşı prinsipal mövqeyi Qazaxda da yüksək qiymətləndirilir
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan müstəqil dövlət kimi cənab Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində özünün intibah dövrünü yaşayır. Azərbaycanda qazanılan bütün nailiyyətlərin kökündə ölkə Prezidentinin müdrik siyasəti, gərgin əməyi, ən əsası da müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyi dayanır. Azərbaycanda Respublika Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan tədbirlərin əsasını korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Məhz bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılmasına yönəlmişdir. Lakin buna baxmayaraq geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmaqdadır.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.
Dövlət başçısı mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.
Ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirləri Qazaxda da yüksək qiymətləndirilir. Ölkə başçısının bu sahədə verdiyi tapşırıqları icra başçısı əldə rəhbər tutaraq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bütün işlər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq həyata keçirilmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə xüsusi karantin rejimi zamanı hərəkətinə icazə verilən şəxslərə təqdim olunmuş arayışların və aztəminatlı ailələrə verilən ərzaq sovqatı paylarının paylanılması vəziyyətinin yoxlanılmasına dair komissiya yaradılmışdır. Komissiya üzvlərinin apardığı yoxlamalar zamanı bir neçə Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində kiçik nöqsanlar aşkar edilmişdir. Aşkar olunmuş nöqsanlara görə həmin nümayəndələrə xəbərdarlıq olunmuşdur.
Həmçinin, 4 may 2020-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilmiş və yol verilmiş nöqsanlar müzakirə olunmuşdur. Aidiyyatı şəxslərə bir daha ciddi tapşırıqlar verilmişdir.
Xüsusilə də mayın 1-də Prezident İlham Əliyevin yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edən zaman dövlət məmurlarına verdiyi tapşırıqlarla bağlı müzakirələr aparılmış, hər kəsin bu tapşırıqları əldə rəhbər tutaraq Vətənə, dövlətə, millətə layiqli xidmət edərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmələri bildirilmişdir. Rayonda həssas qruplara aid ailələrə, ədalətli şəkildə müəyyən olunmuş ehtiyaclı şəxslərə dövlət yardımlarının və ərzaq paylarının vicdanla və xüsusi nəzarət qaydasında çatdırılmasına diqqətin artırılması tapşırılmışdır.
Onu da qeyd edək ki, 8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur.
Son günlər ölkədə baş verən bu cür xoşagəlməz hallar rayon ictimaiyyəti, ziyalılar tərəfindən də birmənalı qarşılanmamışdır. Ölkəmizin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində mübarizə apardığı bir vaxtda bu cür halların baş verməsini ziyalı ordusu olaraq pisləmiş, müəllimlər keçirdikləri videotoplantılarda dəfələrlə dövlətə, ölkə başçısına edilən xəyanət kimi səsləndirmişlər. Xüsusilə də aztəminatlı ailələrə olunan yardmlara əl uzadılmasını, mənimsənilməsini ölkənin adına, dövlət başçısının məqsədyönlü siyasətinə qarşı atılan zidd addım kimi göstərmişlər.
GOYEZEN.AZ
Facebook-da paylaş