• Təqvim

  • Maraq



Azərbaycanın idmanda əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir

Azərbaycanın idmanda əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir
Qazax rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin və “Qazax Olimpiya İdman Kompleksi” MMC-nin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini futbol üzrə rayon birinciliyinin təşkilatçıları və iştirakçıları bu gün ulu öndərin xatirəsini yad ediblər.

Yarış iştirakçıları “Açıq qapı” günləri çərçivəsində ümummilli liderin adını daşıyan parka gələrək abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini, idman sahəsinə göstərdiyi diqqət və qayğını, bədən tərbiyəsi və idman haqqında söylədiyi dəyərli fikirləri özündə əks etdirən filmə baxıb, kitab və jurnallarla tanış olublar.
Azərbaycanın idmanda əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibətin kökündən dəyişdiyi, idman və bədən tərbiyəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi, bu sahədə yüksəlişin əsasının qoyulduğu diqqətə çatdırılıb.

Bildirilib ki, 1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.

Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli idman strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Məlumat üçün qeyd edək ki, yarışda 18 həvəskar komanda iştirak edir. 30 apreldən başlayan yarışın final mərhələsi mayın 4-də keçiriləcəkdir.

Azərbaycanın idmanda əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir
Azərbaycanın idmanda əldə etdiyi uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir
GOYEZEN.AZ



Facebook-da paylaş