Qazaxda koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış Qərargah üzvləri tərəfindən bir sıra məsələlər müzakirə olunub
Bildiyiniz kimi, koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında
sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və
virusun qarşısının alınması istiqamətində bütün dövlətlər kimi, Azərbaycan
dövləti də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli
gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən
verilən qərarlar, tapşırıq və tövsiyələr təxirəsalınmadan yerinə yetirilir. Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə, verilən tapşırıq və
tövsiyələrə məsuliyyətlə yanaşılır. Rayon ərazisində tətbiq olunacaq
bəzi sosial izolyasiya tədbirləri Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı
ilə yaradılmış Qərargah
üzvləri tərəfindən daim nəzarətdə saxlanılır. Qərargah üzvləri Qırmızı Körpü Sərhəd
Keçid Məntəqəsində Fövqəladə Hallar
Nazirliyi tərəfindən təşkil olunmuş səhra karantin xəstəxanasında saxlanılan
şəxslərin 1 sutkadan artıq saxlanılmasının qarşısının alınması, məntəqədə
quraşdırılmış çadırların isidilməsi, saxlanılan şəxslərin qida məhsulları ilə
təmin edilməsi və onların sağlamlığının nəzarətdə saxlanılması məsələlərini də diqqətdə
saxlayırlar. Bundan əlavə, Rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri tərəfindən yaradılmış mobil qruplar gənc
könüllülər də cəlb olunmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını
almaq məqsədilə "Dövlətə dəstək olaq”, "Qaydalara riayət edərək insanların sağlamlığını qoruyaq” şüarı altında əhali arasında maarifləndirmə
tədbirləri həyata keçirilir. Əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və
digər yerlərdə sakinlərlə, əsasən yaşlı sakinlərlə görüşərək Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl edərək10 nəfərdən artıq qruplarda cəmləşməmələrini, 2 metr məsafənin gözlənilməsini,
65 yaşdan yuxarı olanların evdən çıxmasının qadağan olunduğunu və bu
kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin
göstərilməsinin təmin edilməsinə dair izahatlar verilir. Lakin aparılan maarifləndirmə
və təbliğat zamanı əhalinin bir qisminin karantin rejiminin tələblərinə ciddi
yanaşmaması müşahidə olunmuşdur. Bununla bağlı qərargah üzvlərinə əhali arasında Operativ Qərargahın
tapşırıq və tövsiyələrinə əməl edilməsinə dair maarifləndirmə işinin daha geniş
şəkildə həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlar verilib. Bir daha vətəndaşlardan son dərəcə diqqətli
olmaları, məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda
olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür
ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələri xahiş olunur. GOYEZEN.AZ
Facebook-da paylaş