Qazax rayonu ərazisində koronavirus infeksiyasına qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi məqsədilə yaradılmış Qərargahın - MƏLUMATI
Bildiyiniz kimi, son zamanlar bütün dünyanın rastlaşdığı koronavirus infeksiyasının (COVID-19) Azərbaycanda geniş şəkildə yayılmasının qarşısını almaq məqsədilə ölkə başçısının rəhbərliyi altında bir sıra işlər görülür.
Qazax rayonu ərazisində də aparılan bütün dezinfeksiya işləri Rayon İcra Hakimiyyətinin birbaşa nəzarəti altında dövlət tərəfindən həyata keçirilir.
Bu gün çox təəssüflər olsun ki, bəzi işbazlar ölkəmizdə koronavirusla mübarizə tədbirləri zamanı dezinfeksiya işləri apararkən əhalidən və iş adamlarından gördükləri işin müqabilində ödəniş tələb edirlər.
Qazax rayon sakinlərinin nəzərinə çatdırmaq istəyirik ki, bu, yolverilməzdir. Bu cür hallarla qarşılaşan rayon sakinlərindən Qazax rayonu ərazisində koronavirus infekiyasına qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi məqsədilə yaradılmış Qərargahın aşağıda qeyd olunan nömrələrinə və ya elektron ünvanına məlumat vermələri tələb olunur.
Telefon: 295-31-55
Fax: 295-23-35
e-mail: [email protected]
Bir daha vətəndaşlardan son dərəcə diqqətli olmaları, məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələri xahiş olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş