Qazaxda koronavirus əleyhinə dezinfeksiya tədbirləri davam etdirilir
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.
Bu gün şəhərin H.Əliyev prospektində yerləşən 61A,63,65, Azadlıq küçəsi 76,92, Ş.Xiyabanı 12,14,25,27, N.Nərimanov yaşayış massivi, Dəmiryolu 1 saylı çoxmənzilli yaşayış binalarında növbəti dəfə dezinfeksiya tədbirləri həyata keçirilib. Bundan əlavə, Qazax Rayon Yanğından Mühafizə Hissəsində, "Turanoil”, "Azpetrol”, "Aveyoil” yanacaqdoldurma məntəqələrində də dezinfeksiya işləri görülüb.
Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən binaların blokları, məntəqələrin ərazisi suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.
Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində rayonda bir sıra sahələr kimi ictimai nəqliyyat sahəsi də nəzarətdə saxlanılır. GEM-nin əməkdaşları tərəfindən bu gün həm də şəhərarası və kəndlərə sərnişin daşıyan marşrutlarda da dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, dezinfeksiya işlərini əks etdirən bütün video çəkilişlər Göyəzən.az internet portalının facebook səhifəsində canlı yayımlanıb.
Oxucular aşağıdakı linkə daxil olmaqla bütün video çəkilişləri izləyə bilərlər.
https://www.facebook.com/profile.php?id=100013464840214
Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.
Azadlıq küçəsi 76 saylı bina
Azadlıq küçəsi 92 saylı bina
H.Əliyev prospekti 61A saylı bina
H.Əliyev prospekti 63 saylı bina
H.Əliyev prospekti 65 saylı bina
Ş.Xiyabanı 12 saylı bina
Ş.Xiyabanı 14 saylı bina
N.Nərimanov yaşayış massivi, 1 saylı dəmiryolu binası
"Azpetrol", "Turanoil" və "Aveyoil" yanacaqdoldurma məntəqələri
Şəhərarası və kəndlərə sərnişin daşıyan marşrutlar
GOYEZEN.AZ
Facebook-da paylaş