• Təqvim

  • Unutma

  • Maraq



Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir

Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binası əsaslı şəkildə təmir olunmuşdur.

Çoxmənzilli binalarda əsaslı şəkildə aparılan abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 21 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb ki, həmin binalarda işlər sürətlə davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2018-ci ilin əvvəllərində “Hərbi şəhərcik” adlanan yaşayış massivində olaraq hərbiçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının, eləcə də həmin ərazidə yerləşən digər çoxmənzilli binanın əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Qeyd etmişdi ki, bu binalar qısa müddətdə yüksək səviyyədə təmir olunacaq, hərbiçi ailələri üçün lazımi şərait yaradılacaqdır. Artıq həmin binalarda təmir işləri sürətlə aparılır.

Təmir işləri başlayan gündən rayon rəhbəri mütəmadi olaraq binalarda görülən işlərlə tanış olur, lazımi tapşırıq və tövsiyələrini verir. Bu gün də rayon rəhbərliyi Ə.Süleymanov küçəsində yerləşən 3 saylı binada aparılan təmir işləri ilə yaxından tanış olub.

İş icraçısı Nəsrəddin Məmmədov rayon rəhbərinə məlumat verib ki, hazırda binanın daxilində və xarici fasadında rənglənmə işləri aparılır. Bundan əlavə, blokların giriş hissəsinə qoyulmuş yeni dəmir qapılarda da eyni iş həyata keçirilir.

Sakinlərdən Aidə Qapaqova yaşadıqları binalarda təmir işləri aparıldığına görə Ölkə Başçısı İlham Əliyevə bütün bina sakinləri adından öz dərin minnətdarlığını bildirib. Hərbiçi ailələrinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb.

Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
Çoxmənzilli binalarda aparılan təmir işləri sürətlə davam etdirilir
GOYEZEN.AZ


Facebook-da paylaş