Qazax şəhərində çoxmənzilli binalarda və həyət evlərində təmir işləri davam etdirilir
Baxış zamanı məlum olmuşdur ki, vətəndaşlar öz yaşayış mənzillərinin təmiri ilə bağlı icra başçısına müraciət etməkdə haqlıdırlar. Həqiqətən onların yaşadıqları binaların və həyət evlərinin təmirə ehtiyacı vardır.
Belə ki, baxış zamanı N.Nərimanov yaşayış massivində, M.V.Vidadi, Azadlıq, Ə.Dilbazi, Bakı küçələrində, H.Əliyev prospektində ümumiyyətlə, 16-dan çox binada təmir aparılmasına ciddi ehtiyac vardır.
Bundan başqa, baxış zamanı Qazax şəhərindəki hərbi şəhərcikdə olan 2, 3, 4 və 5 saylı çoxmənzilli binalarda və yataqxana binasında da təmir işlərinin aparılmasına ehtiyac olduğu məlum olmuşdur.
Həmin binaların hamısının dam örtüyündə, fasad hissəsində, bloklarda, çöl divarlarında təmir işlərinə başlanılması qərara alınmışdır. Həmin mənzillərdə yaşayan sakinlər bu xəbəri sonsuz sevinc hissi ilə qarşılamışlar. Onlar Ölkə Başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Facebook-da paylaş