• Təqvim

  • Maraq



“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda videokonfrans şəklində görüş keçirilib

26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Əhmədovun rəhbərliyi ilə onlayn tədbir keçirilib.

Bu gün Dövlət Komissiyasının sədrinin müvafiq göstərişinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı, Dövlət Komissiyasına üzv olan qurumların məsul əməkdaşlarının, şəhər və rayon komissiyalarının sədrlərinin iştirakı ilə "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda  onlayn videokonfrans təşkil olunub.

Geniş müzakirələr şəklində keçirilən videokonfransda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova da iştirak edib.


Videokonfransda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov,  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Ədalət Vəliyev, Respublika Narkoloji Mərkəzinin direktoru Orxan Cəfərov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elvin Hüseynxanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov,  Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev mövzu ətrafında çıxış edərək bu istiqamətdə müzakirələr aparıb, təkliflər səsləndiriblər.









GOYEZEN.AZ



Facebook-da paylaş