Dünya dövlətlərinin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsini Qazaxda təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan insanlar da böyük ruh yüksəkliyi ilə qarşılayıblar
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünyanın
130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının
təşkil olunması təşəbbüsünü dəstəkləməsi ilə bağlı növbəti videokonfrans keçirilib. Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun, təhsil,
səhiyyə, mədəniyyət işçilərinin, ziyalıların iştirakı ilə baş tutan
videokonfransda 130-a qədər BMT üzv dövləti
tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT
Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün
dəstəklənməsi xəbərini iştirakçılar yüksək əhval-ruhiyyə ilə qarşılayıblar. Videokonfransı giriş sözü ilə açan Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Gulaya Həsənova bugünkü görüşün
məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova koronavirus (COVID-19)
pandemiyasının bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizdən də təsirsiz
ötüşmədiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya
başladığı ilk andan bu günə kimi vətəndaşların sağlamlığının qorunması
istiqamətində görülən işlərdən söz açıb. Məhz ölkəmizdə həyata keçirilən genişmiqyaslı
qabaqlayıcı tədbirlərə görə bu gün Azərbaycanın ən az itki sayı olan ölkələr
sırasında dayandığını qeyd edib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri
kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19
pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsindən və həmin
görüşdə ölkə başçısının irəli sürdüyü təşəbbüsdən söz açan müavin hər iki
addımı ölkəmizin belə çətin bir vaxtda qazandığı ən böyük uğuru kimi
qiymətləndirib. Müavin qeyd edib ki, Qoşulmama Hərəkatına üzv
dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti,
Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa
İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etdiyi həmin tədbirdə
ölkə başçısı İlham Əliyev irəli sürdüyü təşəbbüslə bir daha sübut etdi ki,
Azərbaycan hər zaman həmrəylik nümayiş etdirib. Prezident İlham Əliyev
Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi
pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi
təklifi ilə çıxış etməklə məhz belə çətin bir vaxtda əsl həmrəylik nümayiş
etdirməyin məqamı olduğunu bir daha nümayiş etdirdi. Nə xoş bizlərə ki, həmin təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında
yekdilliklə razılaşdırıldı və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev
QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları
səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə
BMT baş katibi Antonio Quterreşə müraciət ünvanladı. BMT Baş katibi 28 may
tarixində BMT Baş Assambleyasının "Prosedur Qaydaları” adlı sənədinin 9
(a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində,
yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etdi.
Qaydalara əsasən, BMT-yə üzv olan 97 ölkənin təşəbbüsə dəstək verməsi kifayət edirdi
ki, istədiyimiz nəticə gözlədiyimizdən də artıq oldu və 130-a qədər ölkə bu
təşəbbüsü dəstəklədi. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin qazandığı
növbəti nailiyyət oldu. G.Həsənova qeyd edib ki, hər zaman olduğu
kimi, mənfur düşmənimiz olan Ermənistan bu dəfə də Azərbaycanın əldə etdiyi
uğuru qəbul edə bilmədi. Bu təşəbbüsə qarşı
çıxış edən yeganə dövlət olaraq hər zaman Azərbaycana qarşı qərəzli mövqedə
olduğunu bir daha göstərdi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal
həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan
bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında
özünü rüsvay etdi. Bu, isə əslində Ermənistanın iç üzünü açıb göstərdi. Bütün
dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Mədəniyyət işçiləri adından çıxış edən Ağstafa Regional Mədəniyyət
İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev böyük dövlətlərin belə
bir təşəbbüslə çıxış etməli olduqları halda bu addımı atmadıqlarını bildirib.
Azərbaycanın, onun ölkə başçısının atdığı addım isə bir daha sübut etdi ki,
koronavirus pandemiyası ilə mübarizə dövlətlərin böyüklüyünə və yaxud da
kiçikliyinə baxmır. Qlobal bir məsələ olan pandemiya hər bir dövləti narahat
etməli və həlli yolları birlikdə müzakirə edilməlidir. Həmrəylik nümayiş etdirməklə
bu bəladan qalib çıxmaq olar. Prezident İlham Əliyevin bu təşəbbüsü isə onu
sübut etdi ki, Azərbaycan dövləti hər zaman birlik, həmrəylik nümayiş etdirməyə
qadir olan güclü dövlətdir. Ölkənin maraqları hər zaman sağlam təməl üzərində
qurulub. Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta
məktəbin direktor əvəzi Nailə Əfəndiyeva da belə çətin bir vəziyyətdə atdığı
gözəl addıma görə rəhbərlik etdiyi kollektiv adından ölkə başçısına təşəkkürünü
çatdırıb. Qeyd edib ki, ölkə başçısı bu addımı ilə bütün dünyaya bir daha
nümayiş etdirdi ki, Azərbaycan xalqı hər zaman yüksəkdə olub və bundan sonra da
olacaqdır.
Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta
məktəbin direktoru Söylü Xəlilova da çıxışında pandemiya başlayan vaxtdan bu
günə kimi ölkə başçısı tərəfindən atılan düzgün addımlardan, qərarlardan söz
açıb. Ən əsası da atılan bütün addımların vətəndaş amilinə xidmət etdiyini
vurğulayıb. Koronavirusla mübarizə tədbirləri çərçivəsində ilk olaraq təhsil
müəssisələrinin fəaliyyətinin dayandırılmasını gələcəyimiz olan uşaqların
sağlamlığına necə böyük önəm verməsinin bariz nümunəsi kimi qeyd edib. İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin
direktoru Samir Hüseynov çıxış edərək qeyd edib ki, dünya dövlətlərinin birlik
nümayiş etdirmədiyi bir vaxtda Prezident İlham Əliyevin belə bir təşəbbüslə
çıxış etməsi həm dövlətimizin, həm də onun rəhbərinin pandemiyaya necə həssaslıqla
yanaşmasını, ən əsası da ölkəmizdə insanların sağlamlığına necə önəm
verildiyini bir daha bəyan etdirdi. Atılan bu addım Azərbaycan dövlətinin
gücünü, qüdrətini göstərdi deyən məktəb direktoru bu gün hər bir Azərbaycan
vətəndaşının, ziyalılar ordusunun ölkəmizin qazandığı bu qələbəyə görə
sevindiyini bildirib. "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş həkimi
Allahverdi Quliyev çıxışında ölkə başçısı tərəfindən səhiyyə sahəsində çalışan
insanlara verilən yüksək qiymətdən söz açıb və bunun bariz nümunəsi olaraq da
ölkə başçısının səhiyyə işçilərini ayaq üstə alqışlamasını göstərib. Dövlət
başçısının irəli sürdüyü təşəbbüsün yüksək səviyyədə dəstəklənməsini hər kəs
kimi səhiyyə işçilərinin də alqışladığını vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının
müavini Gulaya Həsənova videokonfransa
yekun vuraraq ölkə başçısının irəli sürdüyü təşəbbüsün belə yüksək səviyyədə
dəstəklənməsini başda rayon rəhbərliyi olmaqla, rayon ictimaiyyətinin,
ziyalıların da alqışladığını bildirib. Dövlət başçısının qazandığı uğuru hər bir
azərbaycanlının uğuru kimi qeyd edən müavin sonda ölkə başçısının təşəbbüsü
əsasında keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasının gələcək
işinə uğurlar arzulayıb. GOYEZEN.AZ
Deputat köməkçisi Akif Əmirov çıxış edərək videokonfrans
iştirakçılarını Milli Məclisin deputatı Səməd Seyidovun adından salamlayıb,
konfransın işinə uğurlar arzulayıb. Ölkə Prezidenti İlham Əliyevin irəli
sürdüyü təşəbbüsün 130-a qədər dövlət tərəfindən dəstəklənməsi xəbərini Azərbaycanın
növbəti qələbəsi kimi vurğulayıb və bu qələbə münasibətilə başda ölkə başçısı
olmaqla bütün xalqımızı təbrik edib. A.Əmirov Milli Məclisin deputatı Səməd
Seyidovun da "BMT Baş Assambleyasının xüsusi sessiyası
COVID-19-la mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə imkan
yaradacaq” sərlövhəli məqaləsində bu məsələyə yüksək səviyyədə münasibət bildirdiyini
vurğulayıb. A.Əmirov qeyd edib ki, bu təşəbbüsün belə yüksək səviyyədə dəstəklənməsi
bizim üçün olduqca əlamətdar hadisədir. Çünki biz bu uğurumuzla yanaşı, Ermənistanın
da iç üzünü bir daha dünya dövlətlərinə tanıtmış olduq. Çünki Ermənistan
destruktiv mövqeyi, davranışı ilə özünü rüsvay etdi. Bu, bizim üçün ikiqat qələbədir.
Deputat köməkçisi qeyd edib ki, bu gün xəbər saytlarında, sosial şəbəkələrdə 130
ölkənin müstəqil dövlət olan Azərbaycanın ölkə rəhbərinin irəli sürdüyü təşəbbüsü
dəstəkləməsi xəbəri geniş yer alıb. Bütün dünya Azərbaycanın bu uğurundan
danışır. Və təbii ki, biz gənclər də ölkəmizin, onun layiqli liderinin
qazandığı uğura baxıb sevinir və dövlətimizin başçısının yanında olmağı hər
zaman özümüzə borc bilirik. Ölkə başçısının atdığı hər bir addımı gənclər
ordusu olaraq birmənalı olaraq dəstəkləyirik.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı
çıxış edərək ölkə başçısının rəhbərliyi altında pandemiyanın hökm sürdüyü ilk
vaxtdan ölkəmizdə mühüm addımların atıldığını bildirib. N.Babanlı qeyd edib ki,
dövlət başçısı təkcə ölkəmizdə deyil, dünya dövlətlərinin bir çoxuna dəstək
oldu. 30-dan artıq ölkəyə yardım göndərməklə Azərbaycan dövləti olaraq hər
zaman həmrəyliyin, birliyin tərəfdarı olduğumuzu, güc birlikdədir prinsipinə
böyük önəm verdiyimizi bir daha nümayiş etdirdi. Pandemiya dövründə beynəlxalq
səviyyəli konfransların keçirilməsi, ən əsası da mayın 4-də keçirilən Qoşulamama
Hərəkatının onlayn Zirvə Görüşündə dünya dövlətlərini bir araya gətirməklə, bu
gün 130 ölkənin dəstəklədiyi təşəbbüsü irəli sürməklə bir daha göstərdik ki,
Azərbaycan hər zaman güclü dövlət olub və onun güclü lideri var.
Facebook-da paylaş