Qazax rayon Mərkəzi Kitabxanasının kollektivi də ölkə başçısına minnətdarlıq məktubu ünvanladı
Hörmətli
cənab Prezident. Bu gün
COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan ölümünə səbəb olduğu
zamanda, Sizin tərəfinizdən Azərbaycanın bu bəladan qorunması üçün zamanında
operativ tədbirlər görülməsi, aztəminatlı ailələrə humanitar, maddi yardımlar
ayrılmağı, sahibkarlara dəstək göstərilməsi göz önündədir. Bu
dövrdə həkimlərimiz və polislərimiz əsl fədakarlıq göstərirlər. Xəstələrimizə
Allahdan tez bir zamanda şəfa diləyirəm. İnşallah, ölkəmiz bu bəladan tezliklə
qurtular. Hörmətli cənab Prezident, Sizin
atdığınız hər bir addımı dəstəkləyir və təşəkkürümü bildirirəm. Qazax rayon Mərkəzi Kitabxanasının
kollektivi adından dərin hörmətlə, Könül Əsgərova Azərbaycan Respublikası, Qazax rayonu. 9 iyul
2020-ci il
Facebook-da paylaş