Vətəndaş yazır: "Cənab Prezident, biz Sizin atdığınız hər bir addımı, irəli sürdüyünüz hər bir təşəbbüsü birmənalı şəkildə dəstəkləyirik"
Hörmətli cənab Prezident. Beynəlxalq tədbirlərdə Sizin
təşəbbüslərinizin yekdilliklə dəstəklənməsi dünya ictimaiyyətinin ölkəmizə,
Sizə olan böyük etimadının və hörmətinin göstəricisidir. Sizin Qoşulamama
Hərəkatının onlayn Zirvə görüşündə çıxışınız zamanı pandemiya ilə mübarizə
məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış
etməyiniz böyük siyasi addım idi. Eyni zamanda, dövlət başçısı olaraq bu
addımınızla yüksək liderlik qabiliyyətinə malik olduğunuzu bir daha nümayiş
etdirdiniz. Hörmətli cənab Prezident, biz Sizin
atdığınız hər bir addımı, irəli sürdüyünüz hər bir təşəbbüsü birmənalı şəkildə
dəstəkləyirik və əminik ki, Ümummilli Liderin qurduğu müasir müstəqil
Azərbaycanın bu günü, sabahı əmin əllərdədir. Qazax rayon gəncləri adından
hörmətlə, Nəbiyev Vüqar Nəbi oğlu Qazax rayon Gənclər və İdman idarəsinin
rəisi Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş