Əsas Səhifə > Manşet / Gənclər > Vətəndaş yazır: "Cənab Prezident, biz Sizin atdığınız hər bir addımı, irəli sürdüyünüz hər bir təşəbbüsü birmənalı şəkildə dəstəkləyirik"

Vətəndaş yazır: "Cənab Prezident, biz Sizin atdığınız hər bir addımı, irəli sürdüyünüz hər bir təşəbbüsü birmənalı şəkildə dəstəkləyirik"


7-07-2020, 18:12


Hörmətli cənab Prezident.

Beynəlxalq tədbirlərdə Sizin təşəbbüslərinizin yekdilliklə dəstəklənməsi dünya ictimaiyyətinin ölkəmizə, Sizə olan böyük etimadının və hörmətinin göstəricisidir. Sizin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışınız zamanı pandemiya ilə mübarizə məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməyiniz böyük siyasi addım idi. Eyni zamanda, dövlət başçısı olaraq bu addımınızla yüksək liderlik qabiliyyətinə malik olduğunuzu bir daha nümayiş etdirdiniz.

Hörmətli cənab Prezident, biz Sizin atdığınız hər bir addımı, irəli sürdüyünüz hər bir təşəbbüsü birmənalı şəkildə dəstəkləyirik və əminik ki, Ümummilli Liderin qurduğu müasir müstəqil Azərbaycanın bu günü, sabahı əmin əllərdədir.

Qazax rayon gəncləri adından hörmətlə,

Nəbiyev Vüqar Nəbi oğlu

Qazax rayon Gənclər və İdman idarəsinin rəisi

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt