• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı səhiyyə işçiləri də ölkə Prezidentinə minnətdatlıq məktubu ünvanlayıblar


Möhtərəm cənab Prezident.

Bir səhiyyə işçisi kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaq oldunuz. Biz səhiyyə işçiləri isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Birinci vitse-prezident Mehriban xanıma da dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Həsənova Sevda Hüseyn qızı, Qazax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri.

Azərbaycan Respublikası, Qazax rayonu. 

27 aprel 2020-ci il



Facebook-da paylaş