• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənc ölkə başçısına minnətdarlıq edib


Hörmətli cənab Prezident.

Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində gördüyünüz işlər olduqca böyükdür və xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir.

Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də səhiyyə sahəsidir ki, biz qazaxlılar bu sahənin inkişafı istiqamətində gördüyünüz işlərin real şahidi olduq. Martın 3-də Sizin iştirakınızla Qazax Rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayılıq 10 korpusdan ibarət yeni xəstəxana binasının istifadəyə verilməsi bölgələrimizdə səhiyyə sahəsinə olan qayğınızın bariz nümunəsidir. Bu gün düşmənlə 168 kilometr sərhəddi olan Qazaxda belə yüksək səviyyəli xəstəxananın inşa olunması dövlətimiz tərəfindən səhiyyə işçilərinə göstərilən qayğı ilə yanaşı, həm də biz sakinlərə olan diqqət deməkdir. Paytaxtdan 500 kilometr məsafədə yerləşən Qazaxda müasir standartlara cavab verən xəstəxananın olması bir daha göstərir ki, dövlətimiz nəinki paytaxtda, eləcə də bölgələrimizdə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində mühüm addımlar atır.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir gənc kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda Sizə gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Hörmətlə,

Əmirov Akif İlham oğlu

Azərbaycan Respublikası, Qazax rayonu.

7 aprel 2020-ci il



Facebook-da paylaş