Qazaxlı gənc onların gələcəyi naminə qurub yaratdıqlarına görə ölkə başçısına minnətdardır
Möhtərəm cənab Prezident.
Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq ölkə başçısı kimi 2003-cü ildən ötən dövr ərzində misilsiz xidmətləriniz sayəsində müasir Azərbaycanımızın dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə yüksəlməsi ölkə vətəndaşları kimi biz qazaxlı gənclərdə də qürur və iftixar hissi yaratmışdır. Qazax rayonunda böyüyən gənclərin gələcəyi üçün qurub yaratdıqlarınıza görə Sizə bir gənc kimi öz minnətdarlığımı bildirirəm. Rəbbim Sizi qorusun.
Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkəmizdə vətəndaşların sağlamlığını düşünərək görülən qabaqlayıcı tədbirlərin yüksək səviyyədə təşkilinə görə bir gənc kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz gənclər Sizin göstərdiyiniz dəstək və qayğını heç vaxt unutmayacağıq. Azərbaycan xalqı Sizə ürəkdən inanır, hər bir işdə Sizə güvənir, Azərbaycan Prezidentinin dəstəyini, gücünü daim hiss edir və Sizinlə qürur duyur.
Hörmətlə,
Abbasov Şəhadət Əsəd oğlu
Azərbaycan Respublikası, Qazax rayonu.
23 aprel 2020-ci il
Facebook-da paylaş