• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər də Ali Baş Komandanın “İrəli!” əmrinə hazırdır


Sənan Xəlilovdan…

Hörmətli cənab Prezident.

Bu günlərdə sərhəd bölgəmizdə güclü ordumuzun düşmənə sarsıdıcı zərbələrlə onların döyüş mövqelərini darmadağın etməsinin şahidiyik. Biz bir vətəndaş, bir əsgər olaraq hər zaman Sizin yanınızdayıq. Qələbəni səbirsizliklə gözləyirik. Biz Sizinlə bir yerdə güclüyük. Sizin döyüş əmrinizi gözləyirik Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik.

Hörmətlə,

Sənan Xəlilov

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi. 

18 iyul 2020-ci il


Elvin Namazovdan…

Cənab Ali Baş Komandan.

Dünyanın ən güclü ordularından olan Azərbaycan Ordusu sülh ordusudur. Lazım gələndə düşmənə öz gücünü göstərir. Son günlərdə mənfur ermənilərin hücumlarının qarşısının sərt şəkildə alınması Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya bəyan etdi. Tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Əminik ki, Sizin rəhbərliyinizlə ya sülh, ya da hərb yolu ilə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bunun üçün bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz və Sizin kimi müdrik Liderimiz var. Yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

Namazov Elvin Sahib oğlu

YAP Qazax rayon Təşkilatının üzvü

Azərbaycan Respublikası, Qazax rayonu.

18 iyul 2020-ci il



Facebook-da paylaş