Vətəndaş məktubundan: “Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaqdır”
Akif Cəfərovdan, Möhtərəm
cənab Prezident. Qazax sakinləri adından Sizə çoxlu salamlar var. Mən
1982-ci ildən hal-hazıra qədər Qazax Suvarma Sistemləri İdarəsində mühəndis
vəzifəsində işləyirəm. İşlədiyim müddət dövründə həm rəhmətlik atanız Heydər
Əliyevin, həm də Sizin rəhbərliyiniz dövründə ölkədə gedən iqtisadi və siyasi
irəliləyişlərin şahidi olmuşam. Nəinki meliorasiya və su təsərrüfatı sahəsinə,
həmçinin ölkənin bütün iqtisadi strukturlarına göstərdiyiniz diqqət və qayğıya
görə Sizə Azərbaycan ictimaiyyəti adından dərin təşəkkürümü bildirirəm. Bir Ali
Baş Komandan kimi ölkəmizin ərazi bütövlüyü uğrunda azğınlaşmış erməni
terrorçularına qarşı aparılan döyüşlərdə Sizlərə qələbə sevincləri arzu edirəm.
Allah Ordumuza kömək olsun. Allah balalarımızı hər cür xəta-bəladan hifz etsin.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı olan əsgərlərimizə Allah
şəfa versin. Bütün işğal olunmuş ərazilərimizdə Azərbaycanın üçrəngli
bayrağının dalğalanması gününü səbirsizliklə gözləyirik. Hörmətlə, Akif Cəfərov Azərbaycan Respublikası, Qazax rayonu. Camalə
Pərmusdan, Möhtərəm cənab Prezident. Mən Qazax Suvarma Sistemləri İdarəsində işləyirəm.
Mən, ailəm və kollektivimiz bu çətin günlərdə Sizə təşəkkür məktubu yazmağı
özümüzə borc bilirik. Apardığınız uzaqgörən siyasətə, Ali Baş Komandanı
olduğunuz rəşadətli Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda
gedən müharibədə düşmənə layiqincə cavab verməsinə görə Sizə dərin
təşəkkürümüzü bildiririk. İnanırıq ki, tezliklə cəbhədən gələn sevindirici
Qələbə xəbərini eşidəcəyik. Torpaqlarımız tezliklə işğaldan azad olunacaq,
üçrəngli Bayrağımız Qarabağda dalğalanacaqdır. Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və
Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaqdır. Biz fəxr edirik ki, Sizin
kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi həmişə qorusun, Azərbaycan xalqına
çox görməsin. Siz xalqımızın xilaskarısınız. Hörmətlə, Camalə Pərmus Azərbaycan Respublikası, Qazax şəhəri.
Facebook-da paylaş