Vətəndaş məktubundan: “Sizi əmin edirəm ki, biz daim dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edir, Sizin ətrafınızda sıx birləşmişik”
Hörmətli cənab Prezident.
Əvvəla Sizə şəxsən öz adımdan və Qazax sakinləri adından minnətdarlığımı bildirirəm. Bizə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün Qazax inkişaf edir, rayonda yeni asfalt yollar çəkilir, iş yerləri, məktəblər, müasir tipli səhiyyə müəssisələri xalqın istifadəsinə verilir.
Möhtərəm cənab Prezident, əmin olun ki, qazaxlılar daim düşmən qarşısında mərdliklə dayanır. Çünki Azərbaycanı qoruyan mərd, cəsur, mübariz əsgərlərimiz var. Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizi əmin edirəm ki, biz daim dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edir, Sizin ətrafınızda sıx birləşmişik. Mən fəxr edirəm ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, Sizin kimi liderimiz var.
Hörmətlə,
Hüseynova Ləman Bağır qızı.
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş