Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan:

Vətəndaş məktubundan:


8-10-2020, 16:08


Akif Cəfərovdan, 

Möhtərəm cənab Prezident.

Qazax sakinləri adından Sizə çoxlu salamlar var. Mən 1982-ci ildən hal-hazıra qədər Qazax Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində işləyirəm. İşlədiyim müddət dövründə həm rəhmətlik atanız Heydər Əliyevin, həm də Sizin rəhbərliyiniz dövründə ölkədə gedən iqtisadi və siyasi irəliləyişlərin şahidi olmuşam. Nəinki meliorasiya və su təsərrüfatı sahəsinə, həmçinin ölkənin bütün iqtisadi strukturlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə Azərbaycan ictimaiyyəti adından dərin təşəkkürümü bildirirəm. Bir Ali Baş Komandan kimi ölkəmizin ərazi bütövlüyü uğrunda azğınlaşmış erməni terrorçularına qarşı aparılan döyüşlərdə Sizlərə qələbə sevincləri arzu edirəm. Allah Ordumuza kömək olsun. Allah balalarımızı hər cür xəta-bəladan hifz etsin. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı olan əsgərlərimizə Allah şəfa versin. Bütün işğal olunmuş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması gününü səbirsizliklə gözləyirik.

Hörmətlə,

Akif Cəfərov

Azərbaycan Respublikası, Qazax rayonu.

Camalə Pərmusdan, 

Möhtərəm cənab Prezident.

Mən Qazax Suvarma Sistemləri İdarəsində işləyirəm. Mən, ailəm və kollektivimiz bu çətin günlərdə Sizə təşəkkür məktubu yazmağı özümüzə borc bilirik.

Apardığınız uzaqgörən siyasətə, Ali Baş Komandanı olduğunuz rəşadətli Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müharibədə düşmənə layiqincə cavab verməsinə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

İnanırıq ki, tezliklə cəbhədən gələn sevindirici Qələbə xəbərini eşidəcəyik. Torpaqlarımız tezliklə işğaldan azad olunacaq, üçrəngli Bayrağımız Qarabağda dalğalanacaqdır.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaqdır. Biz fəxr edirik ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi həmişə qorusun, Azərbaycan xalqına çox görməsin. Siz xalqımızın xilaskarısınız.

Hörmətlə,

Camalə Pərmus

Azərbaycan Respublikası, Qazax şəhəri.


Geri qayıt