Qazaxlı gənc yazır: “Cənab Ali Baş Komandan, Siz müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı işğaldan azad edən sərkərdə kimi tarixdə qalacaqsınız”
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin qətiyyətli, müdrik və cəsarətli siyasətiniz Azərbaycan xalqını hər zaman uğurlu gələcəyə, parlaq qələbəyə doğru aparıb. Biz qazaxlı gənclər olaraq Sizin və Ordumuzun ətrafında sıx birləşmişik, xalqımızın işıqlı gələcəyi naminə atdığınız hər bir addımı dəstəkləyirik. Biz Sizin rəhbərliyinizlə əzəli və tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağın, o cümlədən, ətraf 7 rayonun birmənalı olaraq düşmən tapdağından azad edilməsi müjdəsini səbirsizliklə gözləyirik.
Cənab Ali Baş Komandan, Siz müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı işğaldan azad edən sərkərdə kimi tarixdə qalacaqsınız. Əminik ki, gələcək nəsillər ən yeni tarix dərsliyində bu ifadə ilə qarşılaşacaqlar. Bu tarixi anları Azərbaycan gəncliyinə yaşatdığınız üçün Sizə minnətdarıq. Biz Sizinlə fəxr edirik. Uca Tanrı Sizi qorusun.
Dərin hörmətlə,
Ülvi Zeynalov
Azərbaycan Respublikası, Qazax rayonu.
5 oktyabr 2020-ci il
Facebook-da paylaş