• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər ölkə Prezidentini qazanılan qələbələr münasibətilə təbrik ediblər


Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizi Qarabağ uğrunda gedən döyüşlərdə qazanılan qələbə münasibətilə Qazax gəncləri adından təbrik edirik.

Cənab Prezident, biz - Vətən eşqi ilə böyüyən gənclər rəşadətli ordumuzun sıralarında Vətən torpağının azad edilməsi üçün bizə yaratdığınız imkanlara görə Sizə minnətdarlığımızı bildiririk. Vətənin dar günündə Vətən harayına yollanan oğullarımız, cavan ömürlərini qurban verən igidlərimizin hər biri yeni nəsillər üçün qiymətli örnəkdir.

Azərbaycan əsgəri bilir ki, döyüşdə şəhid də ola bilər. Ancaq döyüşür, Vətənə görə döyüşür, torpaqlarımız üçün döyüşür, ölümdən qorxmadan döyüşür. Bu gün döyüşlərdə qəhrəmancasına döyüşən igidlərimiz gəncliyə nümunədir. Bu gün Azərbaycan gənci özünü qürurla "Mən azərbaycanlıyam” deyə xarakterizə edir. Çünki, onun arxasında güclü Azərbaycan dövləti və Ali Baş Komandan durur. Arzumuz budur ki, tezliklə Sizin rəhbərliyinizlə Azərbaycan Bayrağı işğaldan azad olunmuş ərazilərdə dalğalansın. Rəbbim Sizi və Milli Ordumuzu qorusun.

Hörmətlə,

Şəhadət Abbasov

Azərbaycan Respublikası, Qazax rayonu.



Facebook-da paylaş