Qazaxlı şair Cavanşir Rüstəm öz şeirləri ilə ordumuza dəstək oldu
2016-cı ilin aprel ayı yaddaşımıza qızıl hərflərlə yazıldığı kimi, 2020-ci ilin iyul ayı da tarixdə zəfər ayı kimi xatırlanacaq... Necə ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun gücünü, qüdrətini gördük, eləcə də iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə bir daha izlədik, şahidi olduq. Bütün dünya və mənfur düşmənimiz olan ermənilər bir daha əmin oldular ki, Azərbaycan güclü dövlətdir. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən, güclü, qüdrətli, yenilməz orduya sahib olan ölkəyə qalib gəlməyə də heç kimin gücü çatmaz.
Sevindirici haldır ki, rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün hər bir ölkə vətəndaşı tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı uşaq da, Ali Baş Komandanın "İrəli!” əmrini gözləyən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil də, hər kəs Azərbaycan əsgəri deyir. Torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, yaralı hərbçilərimizdən tezliklə sağalıb düşmənə layiqli cavablarını vermələrini istəyir. Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanması üçün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olmağı, birlik, həmrəylik nümayiş etdirməyi bir vətəndaş olaraq özlərinə borc bilirlər.
Sazın, sözün beşiyi, Qərbin qapısı sayılan, ən əsası da Vətən yolunda 288 şəhid verən Qazax rayonunda da Azərbaycan Ordusunun qazandığı qələbə, əldə etdiyi nailiyyətlər böyük ruh yüksəkliyi ilə qarşılandı. Hər bir qazaxlı böyük fərəh hissi keçirir ki, ölkə başçısının da söylədiyi kimi, son günlər ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmiz oldu. İkiqat qürur hissi keçirir ki, həmin qələbənin qazanılmasında Qazaxın igid, mərd oğullarından biri mayor Əhmədov Namiq Hajan oğlu da şəhidlik zirvəsinə yüksələrək adını tarixə yazdırdı. Bu gün hər bir Qazax sakini Vətən yolunda canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir, ruhu qarşısında baş əyir. Yaralı əsgər və zabitlərimizə, hərbçilərimizə tezliklə sağalmalarını arzu edir. Azərbaycan Ordusunun qələbə qazanacağı günün sevincini böyük səbirsizliklə gözləyir.
Kosalar kəndində yaşayan dəyərli ziyalımız, şair Cavanşir Rüstəm də Azərbaycan Ordusunun gücünü, qüdrətini öz şeirlərində vəsf edir. Əsgər və zabitlərimizə, hərbçilərimizə olan istəyini, minnətdarlığını sözlərin dili ilə şeirlərində çatdırır. Rəşadətli Azərbaycan Ordusuna və onun Ali Baş Komandanı İlham Əliyevə eşq olsun deyir.
AZƏRBAYCAN ƏSGƏRİ
Yaxşı deyib atalar,
Hər
işin öz vaxtı var.
Sizi
görən dığalar
Qayıdıb
qaçdı geri,
Azərbaycan
əsgəri!
Biriniz
min oldunuz,
Yaxşı
qisas aldınız.
Əhsən!
Viran qoydunuz
Neçə
postu, səngəri,
Azərbaycan
əsgəri!
General
Polad ki var,
Qəlblərdə
tutub qərar.
Budur
igidlik, dostlar,
Yeri,
irəli yeri,
Azərbaycan
əsgəri!
Türkük,
ürəyi böyük,
Cəsuruq,
qorxaq döyük.
Biz
birlikdə güclüyük
Dilimizin
əzbəri,
Azərbaycan
əsgəri!
Şəhid
varsa, Vətən var.
Onları
kim unudar?!
Şəhidlər
ölməz, yaşar!
Cənnətdədir
yerləri,
Azərbaycan
əsgəri!
Çin
olsun arzumuz da,
Görüşək
Qarabağda.
Sevinsin
el, oba da,
Alqışlasın
zəfəri,
Azərbaycan
əsgəri!
TOVUZDA
İki
min iyirmi on üç iyulda
Düşmənin
dərsini verdik Tovuzda.
Tir-tir
əsən düşmən əsgərlərinin
Leşini
yan-yana sərdik Tovuzda.
Qorxu
bilməz Azərbaycan əsgəri,
Vermədi
düşmənə bir qarış yeri,
Hər
birinin göstərdiyi hünəri,
Gördük
gözümüzlə, gördük Tovuzda.
Cavanşirəm,
aşkar söyləyim Sizə,
Belə
təxribatlar deyildir təzə,
Vətən
çox əzizdir hər birimizə,
Qeyrət
çələngini hördük Tovuzda!
Düşmənin
dərsini verdik Tovuzda!
DÜŞMƏNİN
Bilən
bilir, bilməyənlər qoy bilsin
Çoxdan
qurulubdur vayı düşmənin.
Ordumuzla
qabaq-qənşər durmağa,
Artıq
qalmayıbdır hayı düşmənin.
Alqış
Ordumuza, igid əsgərə,
General
Poladtək hər hünərvərə,
Göstərdik
yerini şərəfsizlərə,
Ərşə
qalxdı hay-harayı düşmənin.
Elə
ki oğullar Poladtək dindi,
Düşmənin
arzusu gözündə söndü,
Cavanşirəm,
necə şanlı bir gündür,
Qışa
döndü güllü yayı düşmənin!
Ərşə
qalxdı hay-harayı düşmənin!
VUR KOMANDİR, VUR
Düşmən
hədəfidir öndəki hədəf
Növbə
səninkidir, vur komandir, vur.
Qoyma
ki, yağılar düzülsün səf-səf,
Növbə
səninkidir, vur komandir, vur.
Elə
vur ki, qoy düşmənə dərs olsun,
Gözləri
qorxuyla, min dərdlə dolsun,
Canına
üşütmə, vəlvələ salsın,
Növbə
səninkidir, vur komandir, vur.
Daim
bu torpağa göz dikib onlar,
Yaşanıb
yurdumda çox belə anlar,
Ağı
deyib ağbirçəkli Analar,
Növbə
səninkidir, vur komandir, vur.
Gör
bir neçə Mübarizlər doğuldu,
Yağı
düşmən öz qanında boğuldu,
Poladlar
yurdudur bu Odlar yurdu,
Növbə
səninkidir, vur komandir, vur.
Cavanşir
adını yayar hər yana,
Qoy
var olsun sənə süd verən Ana,
Sən
sevinc yaşatdın Azərbaycana,
Növbə
səninkidir, vur komandir, vur.
GOYEZEN.AZ
Facebook-da paylaş