Milli Məclis Sədrinin müavini Adil Əliyev şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət edib
İyulun 13-dən 14-nə keçən
gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alan zaman qəhrəmancasına şəhid olan hərbçimiz, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlu dünən doğulduğu Qazax rayonunun Yuxarı Salahlı
kəndində dəfn olundu. Bu gün Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin müavini Adil Əliyev və digər qonaqlar şəhidin doğulduğu Yuxarı Salahlı kəndinə gələrək
ata ocağında olub, ailəsini ziyarət ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Rayon Polis Şöbəsinin rəisi Ədalət
Əliyevlə birlikdə şəhidimizin ailəsinə baş çəkən sədr müavini və digər qonaqlar
şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyiblər. Son günlər Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, qəhrəmanlıqdan
söz açan qonaqlar bu gün bütün Azərbaycan xalqının hərbçilərimizlə qürur duyduğunu
bildiriblər. Vətən
uğrunda canından keçən bütün şəhidlərin, eləcə də Namiq Əhmədovun qanının yerdə
qalmayacağını, qisasının alınacağını vurğulayıblar. Bu gün Respublika
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun
"İrəli!” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusunun olduğunu və həmin
ordunun zəfər çalacağı tarixi günün elə də uzaqda olmadığını bir daha diqqətə
çatdırıblar. Övladı ilə hər zaman fəxr etdiyini bildirən
şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş