Millət vəkili Səməd Seyidov və Ombudsman Səbinə Əliyeva şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət ediblər
İyulun
13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin
gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə
məcbur edilib. Milli Məclisin deputatı Səməd
Seyidov və Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva şəhidin
doğulduğu Yuxarı Salahlı kəndində olub, ailəsini ziyarət ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə
birlikdə şəhidimizin ailəsinə baş çəkən deputat və Ombudsman son günlər cəbhədəki vəziyyətdən və Azərbaycan Ordusunun göstərdiyi
şücaətdən, qəhrəmanlıqdan söz açıblar. Şəhidimizə Allahdan rəhmət,
ailə üzvlərinə isə səbr diləyiblər. Deputat Səməd Seyidov və Ombudsman Səbinə Əliyeva qüdrətli Azərbaycan
Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda
canından keçən şəhidlərin qanının yerdə qalmayacağını, qisaslarının alınacağını
bildiriblər. Namiq Əhmədov kimi mayorlarımızın, hərbçilərimizin qəhrəmanlığı
sayəsində Azərbaycan Ordusunun hər zaman zəfər çalacağını qeyd ediblər. Respublika
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun
"İrəli!” əmrini gözləyən Azərbaycan Ordusunun qələbə qazanacağı günün uzaqda
olmadığını bir daha qeyd ediblər. Övladı ilə fəxr etdiyini
bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün
şəhidlərimizə Allahdan rəhmət diləyib. GOYEZEN.AZ
Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən
döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, rayonunun
Yuxarı Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü mayor
Əhmədov Namiq Hajan oğlu da şəhid olub. Bu gün Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – mayor Əhmədov Namiq Hajan oğlu doğulduğu Qazax rayonunun
Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.
Facebook-da paylaş