Vətəndaş yazır: “Bu gün dövlət, Vətən sevgisi olan bütün Azərbaycan xalqı döyüş əzmindədir”
Hörmətli
Prezident, cənab Ali Baş Komandan. İyulun 12-də Azərbaycan-Ermənistan
dövlət sərhədində atəşkəs düşmən tərəfindən pozuldu, lakin güclü ordumuz və
igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Sizin dövlət başçısı və
Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu çətin və şərəfli günlərdə
verdiyiniz müdrik və qətiyyətli qərarlar qəlbimizi fərəh hissi ilə doldurur. Bu gün dövlət, Vətən sevgisi olan
bütün Azərbaycan xalqı döyüş əzmindədir. Ölkədə fəaliyyət göstərən əsas siyasi
partiyaların Sizə dəstək bəyanatı da bunun bir təsdiqidir. Sizinlə fəxr edirik, Sizə dəstəyimiz
sonsuzdur. Möhtərəm cənab Prezident, bir daha
əmin olun ki, xalqımız Sizinlədir, hər zaman qüdrətli dövlətimizin və onun
rəhbərinin yanındadır. Qazax rayon Bala Cəfərli kənd
sakinləri adından dərin hörmət və ehtiramla, Ceyhun Rəhimov İkinci qrup Qarabağ müharibəsi əlili Azərbaycan Respublikası, Qazax rayonu. 31 iyul 2020-ci il
Facebook-da paylaş