Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş yazır: “Bu gün dövlət, Vətən sevgisi olan bütün Azərbaycan xalqı döyüş əzmindədir”

Vətəndaş yazır: “Bu gün dövlət, Vətən sevgisi olan bütün Azərbaycan xalqı döyüş əzmindədir”


31-07-2020, 19:55


Hörmətli Prezident, cənab Ali Baş Komandan.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs düşmən tərəfindən pozuldu, lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Sizin dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu çətin və şərəfli günlərdə verdiyiniz müdrik və qətiyyətli qərarlar qəlbimizi fərəh hissi ilə doldurur.

Bu gün dövlət, Vətən sevgisi olan bütün Azərbaycan xalqı döyüş əzmindədir. Ölkədə fəaliyyət göstərən əsas siyasi partiyaların Sizə dəstək bəyanatı da bunun bir təsdiqidir.

Sizinlə fəxr edirik, Sizə dəstəyimiz sonsuzdur.

Möhtərəm cənab Prezident, bir daha əmin olun ki, xalqımız Sizinlədir, hər zaman qüdrətli dövlətimizin və onun rəhbərinin yanındadır.

Qazax rayon Bala Cəfərli kənd sakinləri adından dərin hörmət və ehtiramla,

Ceyhun Rəhimov

İkinci qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Qazax rayonu.

31 iyul 2020-ci il


Geri qayıt