Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, mənəvi paytaxtımız Şuşa şəhərini azad etməklə, gözəl Qarabağı əsarətdən qurtarmaqla Siz özünüzə Azərbaycan xalqının qəlbində əbədi bir heykəl qoydunuz”

“Cənab Prezident, mənəvi paytaxtımız Şuşa şəhərini azad etməklə, gözəl Qarabağı əsarətdən qurtarmaqla Siz özünüzə Azərbaycan xalqının qəlbində əbədi bir heykəl qoydunuz”


20-01-2021, 09:17


Sahilə Orucovadan, 

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin komandanlığınızla xalqımızın Vətən müharibəsində qalib gəlməsi, 30 ilə yaxın müddət ərzində yağı düşmənin tapdağı altında qalmış müqəddəs torpaqlarımızın azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Sizin tərəfinizdən ləyaqətlə davam etdirilən müdrik və məqsədyönlü siyasət nəticəsində son 27 ildə etnik və dini mənsubiyyətindən, yaşından və cinsindən asılı olmayaraq Azərbaycan xalqının hər bir nümayəndəsi Vətənə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmuş, nəticədə vətənpərvər bir nəsil yetişmişdir. Məhz bunun nəticəsində Azərbaycan xalqı lazımi anda ayağa qalxıb, dəmir bir yumruq kimi birləşərək mənfur düşmənin başını əzə bildi.

Azərbaycan xalqının hər bir nümayəndəsi üçün əziz və müqəddəs olan mənəvi paytaxtımız Şuşa şəhərini azad etməklə, gözəl Qarabağı əsarətdən qurtarmaqla Siz özünüzə Azərbaycan xalqının qəlbində əbədi bir heykəl qoydunuz. Siz Azərbaycan xalqının milli qürurunu yenidən özünə qaytardınız, xalqımızın iradəsini, dövlətimizin gücünü dünyaya bir daha sübut etdirdiniz.

Azərbaycan xalqının çoxillik arzularını həyata keçirdiyinizə və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Uca Allah Sizi, xalqımızı, Ordumuzu qorusun, Azərbaycanı daim müzəffər etsin!

Dərin hörmətlə,

Orucova Sahilə Musa qızı,

Çaylı kənd məscidinin dini icmasının sədri.

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi.

19 yanvar 2021-ci il


Geri qayıt