Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycanın xoş gələcəyi naminə daim qələbələr əldə edəcəyik”

“Cənab Prezident, biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycanın xoş gələcəyi naminə daim qələbələr əldə edəcəyik”


6-02-2021, 11:58


Orxan Əliyevdən, 

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin Azərbaycan xalqının sağlam və təhlükəsiz gələcəyi, torpaqlarımızın bütövlüyü naminə zaman-zaman həyata keçirdiyiniz məqsədyönlü, düşünülmüş siyasətiniz bəhrəsini verir. 44 günlük haqq savaşı min illər yaşı olan Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətənini, millətini sevən qürurlu dövlət başçısı kimi üçrəngli bayrağımız altında yaşayan dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər kəsin qəlbində dövlətimizə və onun gələcəyinə olan inam işığını əbədiləşdirdiniz. Azərbaycan Respublikasının vətəndaşlarının təhlükəsizliyinin dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birincisi olduğunu sübut etdiniz. Müharibədə qalib gəlmək üçün birlik lazımdır. Ölkəmizin hər yerində olduğu kimi, 168 kilometr mənfur düşmənlə həmsərhəd olan Qazax rayonunun sakinləri də qələbəmizdə vacib rol oynayan hakimiyyətin, ordunun və xalqın həmrəyliyinin nəyə qadir olduğunu gördü. Həm döyüş tapşırığını yetirən hərbçilərin yanında olan vətəndaşları, həm də ki, hər zaman orduya mənəvi cəhətdən dəstək olan, yardım etmək üçün bütün imkanlarını səfərbər edən məmurları gördük. Bu bizim gücümüzə güc qatdı. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə dövlətimizin siyasətinin əsasını təşkil edən uğurlu kadr siyasəti və xalqımızın birliyi nəticəsində gündən-günə inkişaf edən Azərbaycanın xoş gələcəyi naminə daim qələbələr əldə edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Orxan Əliyev,

Azərbaycan Respublikası, Qazax rayonu.

5 fevral 2021-ci il


Geri qayıt