• Təqvim

  • Maraq



Qazaxda Aqrar Biznes Festivalı keçirilib YENİLƏNƏCƏK


Aprelin 16-da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkiltçılığı ilə  aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə Aqrar Biznes Festivalı keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən festivalda Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonda qonaq olan Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı Bahrom Qaipov, Milli Məclisin əməkdaşları Amil Qurbanov və Lalə Babayeva, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, rayon sakinləri, fermerlər, KİV nümayəndələri iştirak ediblər.



Facebook-da paylaş