• Təqvim

  • Maraq



Qazaxda 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib YENİLƏNƏCƏK


Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Həmçinin, cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. 

Bununla əlaqədar olaraq “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən aprelin 16-da qoruğun “Damcılı” filialında tədbir təşkil edilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müəllim və gənc idmançıları, Qazax Dövlət Rəsm Qalareyasının əməkdaşları, gənc rəssamları, Qazax şəhər 1 nömrəli Musiqi Məktəbinin müəllim və şagirdləri, könüllülər, rayon məktəbliləri, Ağstafa “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları və rayon ictimayyəti iştirak ediblər. 

Tədbirin rəsmi hissəsində rayon rəhbərliyi və qonaqlar əvvəlcə qoruq ərazisində aparılan elmi-arxeoloji qazıntılar nəticəsində əldə olunan eksponatlardan və üzərində abidələr haqqında məlumatlar əks olunmuş buklet və flayerlərdən ibarət sərgi, gənc idmançıların qol güləşi və ağırlıqqaldırma üzrə çıxışları, gənc rəssamların “Abidələr gənc rəssamların fırçalarında” mövzusunda hazırladıqları rəsmlərlə tanış olublar. 

Tədbirin bədii hissəsində Vətənə, milli ruha həsr edilmiş musiqilər və şeirlər səsləndirilib və rəqslər təqdim edilib. Qədim el sənətimiz olan aşıq musiqisi gənc aşıqların ifasında səsləndirilib. Milli kinomuzun incilərindən sayılan “Arşın mal alan” filmindən səhnəcik nümayiş olunub. Tədbir çay süfrəsi ilə yekunlaşıb. 



Facebook-da paylaş