• Təqvim

  • Unutma

  • Maraq



“Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” adlı növbəti “Açıq dərs” keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə tələbələr arasında keçirilən "Açıq dərs”lər davam etdirilir.

Növbəti "Açiq dərs” oktyabrın 21-də Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri üçün təşkil olunub.

"Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurlu davamı” mövzusunda keçirilən dərsdə dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən geniş şəkildə bəhs edilib.

 

Mərkəzin direktoru Ceyhunə Hüseynova Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən, gələcək nəsillərə qoyub getdiyi mənəvi-siyasi irsindən ətraflı söhbət açıb. Qeyd edib ki, Heydər Əliyevin atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin dünyada nüfuzu artıb, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.

C.Hüseynova bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan bu gün öz siyasi dəst-xətti, dövlətçilik siyasəti, inkişaf yolu olan bir dövlətdir. Prezident İlham Əliyevin apardığı praqmatik siyasət sayəsində Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemi formalaşdırılmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyəti təmin edilmişdir. Azərbaycan bu gün Ulu Öndər Heydər Əliyevin irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir tarixinin şanlı səhifəsini yazır. "Mən hər bir azərbaycanlının prezidentiyəm”, - deyərək daim öz vətəndaşının yanında olmağı bacarmaqla yanaşı, həm də milli mənafeləri üstün tutaraq hər bir azərbaycanlı üçün qürur məsələsi olan Qarabağ münaqişəsində təkcə ölkədə deyil, bütün dünyada azərbaycanlıların qəhrəman, cəsarətli, döyüşkən xalq olduğunu sübut etdi. Və milyonlarla azərbaycanlının, eləcə də türk dünyasının qəlbində Qarabağın Fatehi titulunu qazandı. Azərbaycanın sərkərdəlik tarixinə adını qızıl hərflərlə yazdırdı, dövlətçilik tariximizdə əbədiyaşarlıq qazandı. Əldə olunan uğurlar sübut edir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir.



 
GOYEZEN.AZ


Facebook-da paylaş