• Təqvim

  • Maraq



Qazaxda “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunması davam edir


Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə "Ulu  Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunmasına başlanılıb.

Növbəti mühazirənin oxunması aprelin 27-də Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə baş tutub.

Qazax Rayon Təhsil Şöbəsinin metodisti Süsən Allahverdiyevanın, məktəbin direktoru Bəsdi Ələkbərovanıniştirak etdiyi "Açıq dərs”də Ulu Öndərin həyat və fəaliyyətinə, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gördüyü misilsiz işlərə bir daha nəzər salınıb.

Metodist Süsən Allahverdiyeva, məktəbin direktoru Bəsdi Ələkbərova çıxış edərək "Açıq dərs”in təşkil edilməsini yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.


"Açıq dərs”i Mərkəzin direktoru Ceyhunə Hüseynova apararaq Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, Dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən danışıb. Banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edəcək qüdrətli mənəvi-siyasi irsinin layiqli davamçısı - dövlət başçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli sosial-iqtisadi, Azərbaycanın dayanıqlı inkişafını təmin edən strateji daxili və xarici siyasətindən bəhs edən geniş mühazirə ilə çıxış edib.

Dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Məktəbin VIII sinif şagirdi Vələdov Muhəmməd Koroğlu oğlu "Açıq dərs”də xüsusi fərqlənib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş