Qazaxda “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılır” mövzusunda mühazirələrin oxunmasına başlanılıb
Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılır” mövzusunda mühazirələrin oxunmasına başlanılıb.
İlk mühazirənin oxunması aprelin 22-də Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə baş tutub.
Məktəbin direktoru Nəsibə Tağıyavanın da iştirak etdiyi ilk "Açıq dərs”də Ulu Öndərin həyat və fəaliyyətinə, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gördüyü işlərə bir daha nəzər salınıb.
Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, Dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən danışıb. Banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edəcək qüdrətli mənəvi-siyasi irsinin layiqli davamçısı - dövlət başçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli sosial-iqtisadi, Azərbaycanın dayanıqlı inkişafını təmin edən strateji daxili və xarici siyasətindən bəhs edən geniş mühazirə ilə şagirdləri məlumatlandırıb.
Sonra məktəbin direktoru Nəsibə Tağıyeva çıxış edərək Azərbaycanın 90-cı illərin əvvəlləri, müstəqilliyin ilk illərində yaşanan keşməkeşli tarixdən və 1993-cü ildən sonra Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədəki tərəqqi və inkişafdan, bu siyasətin bu gün də uğurla davam etdirilməsindən danışıb.
Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş