Qazaxda “Heydər Əliyev nuru” başlığı altında onlayn tədbir keçirilib
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Qazax şəhər
Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin III sinif şagirdlərinin
iştirakı ilə "Heydər Əliyev nuru” başlığı altında onlayn tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin əziz və əbədi xatirəsinə həsr edilmiş
onlayn tədbirdə dahi şəxsiyyətin ömür yoluna bir daha nəzər salınıb. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri
giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu, xalqımızın böyük oğlu
Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və siyasi fəaliyyəti haqqında məktəblilərə
məlumat verib. Qeyd edib ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bütövləşmiş
bütöv Azərbaycan isə Ulu Öndər siyasi məktəbinin layiqli davamçısı İlham Heydər
oğlu Əliyevin şah əsəridir. Məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova çıxış edərək
bildirib ki, Heydər Əliyev xalqın xilaskarı, müstəqil dövlətin qurucusu kimi
dünyada tanınmış, öz dövləti və xalqını daim inkişafa, tərəqqiyə aparmaq
yolunda canını belə əsirgəməmişdir. Bu gün həmin siyasət tarixin öndə gedən
liderlərindən olan İlham Əliyev tərəfindən davam etdirilir. Düşmən üzərində
qazanılan qələbə ilə İlham Əliyevin imzası təkcə şanlı tariximizə deyil, həm də
azərbaycanlıların qəlbinə yazıldı. Sonra onlayn tədbir məktəb şagirdlərinin çıxışları ilə davam edib. Məktəblilər
ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. GOYEZEN.AZ
Facebook-da paylaş