Qazaxda "Heydər Əliyev siyasi irsini öyrənirik" başlığı altında onlayn təlim keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev siyasi irsini öyrənirik" başlığı altında onlayn təlim keçirib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev təlimi giriş sözü ilə açaraq iştirakçılara uğurlar arzulayıb.
Sonra Qazax
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova təlimə başlayıb. Ulu
öndər, dahi şəxsiyyət Heydər Əliyevin həyatından, siyasi rəhbərliyi dövründə gənclərə
göstərdiyi diqqət və qayğıdan, ölkəmizin çiçəklənməsi naminə göstərdiyi misilsiz
xidmətlərdən danışaraq gəncləri maraqlandıran sualları cavablandırıb.
Təlimin sonunda fəal gənc Şəhadət Abbasov çıxış
edərək təlimin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Təlimdə ümumilikdə 25 nəfər iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş