Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş açıq rayon turniri keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və "Göyəzən" MMC-nin birgə təşkilatçılığı və "Turanbank" ASC-nin maliyyə dəstəyi ilə ümummilli lider H.Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi açıq rayon turniri keçirilib.
Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda Qazax idmançıları (4 komanda) ilə yanaşı, Ağstafa (2 komanda), Tovuz, Şəmkir, Gəncə, Göygöl, Goranboy, Ağdam, Bərdə və Qəbələ komandaları, ümumilikdə 215 nəfər yeniyetmə güləşçi mübarizə aparıb.
Yarış başlamazdan əvvəl təşkilatçılar, qonaq komandalar və rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini anıblar.
Sonra Qazax Olimpiya İdman Kompleksində yarışın rəsmi açılış mərasimi başlayıb.
Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublika idmanının inkişafı yolunda yorulmaz fəaliyyəti və əldə olunan nəticələrdən geniş söz açıb. Ulu öndərin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq onun xatirəsinə həsr olunmuş yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.
Daha sonra Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Respublika Prezidentinin Fərdi Təqaüdçüsü Kamal Əhmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi Ramiz Tağıyev, YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov, "Turanbank" ASC İdarə heyətinin sədr müavini Məhəmməd Kələşov və rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək idmançılara qalib olmağı arzu ediblər.
Yarışda I, II, III yeri tutmuş idmançılar müvafiq Diplom və medallarla təltif olunub, pul mükafatı ilə mükafatlandırılıblar.

GOYEZEN.AZ
Facebook-da paylaş