• Təqvim

  • Maraq



Qazaxda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş onlayn tədbir keçirilib


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar onlayn tədbir keçirilib.

Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və onun şagirdlərinin, mərkəzin əməkdaşlarının iştirakı ilə keçirilən onlayn tədbirdə Ana dilinə həsr olunmuş şeirlər səslənib, bədii kompozisiya nümayiş olunub.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq uşaqlara 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən təsis edilib. Həmin Fərmanla 2001-ci ilin avqustundan bütün ölkədə latın qrafikalı Azərbaycan əlifbasından istifadə edilərək yazı mədəniyyətimizin tarixində mühüm hadisə baş verdi. Milli varlığımızın əsas atributlarından olan Ana dilimiz bizim milli sərvətimizdir. Millətin dilinin dövlət dili səviyyəsinə yüksəlməsi isə tarixi hadisədir. Hər bir xalqın əlifbası, yazı sistemi həmin xalqın milli mədəniyyətinin tərkib hissəsidir. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Sonra sinif müəllimi Rüxsarə Əhmədova və şagirdləri Ömər Zeynallı, Zəbanə Alıyeva, Əli Tağızadə, Nihat Mustafayev, Hüseyn Budaqov Ana dilinə həsr edilmiş bədii kompozisiyanı təqdim ediblər.







 

GOYEZEN.AZ 



Facebook-da paylaş