Qazaxlı məktəblilər ulu öndəri yad ediblər
Qazaxda S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ulu öndər–ulu rəhbər” adlı tədbir keçirib. Gənclər Mərkəzində keçirilən tədbirdə məktəbin şagird-müəllim kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünüə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri məktəbin direktoru Murğuz Mustafayev giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində ümummilli liderin müstəsna xidmətləri olub. Müasir Azərbaycan dövlətinin yaradıcısı, qurucusu və memarı Heydər Əliyevdir. “Mən müəllimdən yüksək ad tanımıram”-deyən ulu öndər bütün sahələr kimi milli təhsilimizin inkişafı üçün çox böyük işlər görmüşdür.
Məktəbin tarix müəllimi Mübariz Süleymanov, rus bölməsinin ibtidai sinif müəllimi Könül Kərimova, ingilis dili müəllimi Elgünarə Əmiraslanova çıxış edərək dahi şəxsiyyətin həyat və fəaliyyətindən, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmətlərindən, onun Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmasından söz açıblar.
Sonra məktəblilər ümummilli liderə həsr olunmuş “Ulu öndər–ulu rəhbər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Gənc müğənnilərdən Əmir Qazaxlı və Orxan Dəniz Vətənə həsr olunmuş mahnılarla çıxış ediblər.

GOYEZEN.AZ
Facebook-da paylaş