Əsas Səhifə > Mədəniyyət > Qazaxda “Heydər Əliyev nuru” başlığı altında onlayn tədbir keçirilib

Qazaxda “Heydər Əliyev nuru” başlığı altında onlayn tədbir keçirilib


7-12-2020, 17:41


Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin III sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev nuru” başlığı altında onlayn tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin əziz və əbədi xatirəsinə həsr edilmiş onlayn tədbirdə dahi şəxsiyyətin ömür yoluna bir daha nəzər salınıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və siyasi fəaliyyəti haqqında məktəblilərə məlumat verib. Qeyd edib ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bütövləşmiş bütöv Azərbaycan isə Ulu Öndər siyasi məktəbinin layiqli davamçısı İlham Heydər oğlu Əliyevin şah əsəridir.

Məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova çıxış edərək bildirib ki, Heydər Əliyev xalqın xilaskarı, müstəqil dövlətin qurucusu kimi dünyada tanınmış, öz dövləti və xalqını daim inkişafa, tərəqqiyə aparmaq yolunda canını belə əsirgəməmişdir. Bu gün həmin siyasət tarixin öndə gedən liderlərindən olan İlham Əliyev tərəfindən davam etdirilir. Düşmən üzərində qazanılan qələbə ilə İlham Əliyevin imzası təkcə şanlı tariximizə deyil, həm də azərbaycanlıların qəlbinə yazıldı.

Sonra onlayn tədbir məktəb şagirdlərinin çıxışları ilə davam edib. Məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər.








GOYEZEN.AZ


Geri qayıt