"Böyük amal və əməl sahibi" adlı açıq dərs keçirilib
Bu gün Qazax Rayon
Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən Səlim Əfəndiyev adına şəhər
1 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr
olunmuş "Böyük amal və əməl sahibi" adlı "Açıq dərs” keçirilib. Məktəb direktoru
Bəsdi Ələkbərovanın, dərs hissə müdiri Afət Yunisovanın, ədəbiyyat müəllimi Raifə
Xasayevanın və VIII A sinif şagirdlərinin iştirakı ilə təşkil olunan "Açıq dərs”də
Ulu Öndərin həyaf və fəaliyyətinə, Azərbaycan xalqı və dövləti naminə gördüyü
misilsiz işlərə bir daha nəzər salınıb. Muzeyin
direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, dünya tarixi sübut
etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi
mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycan xalqının tarixində
və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,
görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri
ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində
Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi,
dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət
milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin
bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal
haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva
etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz
birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. G.Alişanova dahi
insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli
lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını bildirib. Xalqımızın
tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda
onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamının olmadığını diqqətə
çatdırıb. Dahi şəxsiyyətin xalqımızın milli iftixarı, ürəklərdə özünə yer tapan
milli lideri, güvənc yeri, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı
olmasını hər bir vətəndaşın qürurla söylədiyini vurğulayıb. Sonra Dahi şəxsiyyətin həyat və
fəaliyyətinin hər bir anını özündə əks etdirən filmə baxılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş